 |
1997-ci ildə yaradılan “CATEL” şirkəti WLL abonentlərinə FH-CDMA standartında simsiz rabitə xidmətləri, eləcə də mobil rabitə abonentlərinə CDMA standartında rabitə xidmətləri göstərir.
“CATEL” Azərbaycanda müştərilərə dayanıqlı və yüksək keyfiyyətli telefon, faksimil, ISDN, İnternet və Data xidmətləri göstərən ilk stasionar simsiz rəqəmsal telefon şəbəkəsini qurub.
2004-cü ilin avqust ayından etibarən şirkət, Azərbaycanda ilk dəfə olaraq, ən müasir CDMA 2000 1x mobil rabitə texnologiyasını "Huawei" şirkətinin avadanlığı əsasında tətbiq etməyə başlayıb.
Bu texnologiya Amerika şirkəti olan "Qualcomm" tərəfindən işlənilib və bir sıra üstün cəhətləri ilə fərqlənir: standartın ekoloji cəhətdən təmizliyi, şəbəkənin geniş tutumu, məlumatın yüksək sürətlə ötürülməsi, analoq və rəqəmsal faksın dəstəklənməsi və s.
2007-ci ilin aprel ayında şirkət CDMA2000 standartında mobil xidmətlərini göstərmək məqsədilə yeni “FONEX” ticarət nişanını telekommunikasiya bazarına çıxarıb.
“CATEL” şirkəti 4 nominalda - 2 AZN, 5 AZN, 10 AZN və 20 AZN qiymətində ödəmə kartlarını təklif edir.
|
 |