|
“Narahat etmə!” xidməti Siz zənglərə cavab vermək istəmədiyiniz halda istifadə edilə bilər. Bu xidmət Sizə telefonunuzu söndürmədən müəyyən vaxt ərzində giriş zənglərini qəbul etməmək imkanını verir.
Eyni zamanda, Sizin sərbəst şəkildə çıxış zəngləri etmək imkanınız olacaq. Bu xidmət aktivləşdirildikdən sonra Sizə zəng edən abonentlərə, avtomatik olaraq, “Abonentin telefonu söndürülmüşdür” xəbərdarlığı verilir.
“Narahat etmə!” xidməti aktiv olduqda, Sizin telefonunuza zənglər çatmayacaq. Xidmətin dəyəri seçilmiş tarif paketindən asılıdır.
Xidmətə qoşulma: *76 SEND (OK və ya TALK)
Xidmətdən imtina: #76 SEND (OK və ya TALK)
|