|
Siz öz mobil telefonunuzdan aşağıdakı qaydalarda “Zəngin yönləndirilməsi” xidmətlərini aktivləşdirə bilərsiniz:
• Əhatə dairəsindən çıxdıqda (CFD);
• Bütün zənglərin yönləndirilməsi (birbaşa yönləndirmə) (CFU);
• Nömrə məşğul olduqda (CFB);
• Cavab olmadıqda (CFNA).
Əhatə dairəsindən çıxdıqda zəngin yönləndirilməsi:
Əgər Siz əhatə dairəsindən kənara çıxmısınızsa, giriş zəngi, avtomatik olaraq, təyin etdiyiniz nömrəyə yönlənir.
Xidmətə qoşulma: *63 telefon nömrəsi SEND (OK və ya TALK)
Xidmətdən imtina: #63 SEND (OK və ya TALK)
Bütün zənglərin yönləndirilməsi:
Bu xidmət Sizə gələn zənglərin, avtomatik olaraq, qabaqcadan seçdiyiniz telefon nömrəsinə yönləndirilməsinə imkan verir. Bu halda sizin telefonunuz zəngləri qəbul etməyəcək. Xidmət hətta telefonunuz sönülü olduğu halda da qüvvədə olur. Telefonunuzun zəngləri yenidən qəbul etməsi üçün xidmət ləğv edilməlidir.
Xidmətə qoşulma: *62 telefon nömrəsi SEND (OK və ya TALK)
Xidmətdən imtina: # 62 SEND (OK və ya TALK)
Nömrə məşğul olduqda zəngin yönləndirilməsi:
Xəttiniz məşğul olduqda Sizə gələn bütün zənglər, avtomatik olaraq, əvvəlcədən seçdiyiniz nömrəyə yönləndiriləcək.
Xidmətə qoşulma: *67 telefon nömrəsi SEND (OK və ya TALK)
Xidmətdən imtina: # 67 SEND (OK və ya TALK)
Cavab olmadıqda zəngin yönləndirilməsi:
Əgər Siz müəyyən dövr ərzində zənglərə cavab verməsəniz, giriş zəngi, avtomatik olaraq, əvvəlcədən seçdiyiniz nömrəyə yönləndirilir.
Xidmətə qoşulma: *61 telefon nömrəsi SEND (OK və ya TALK)
Xidmətdən imtina: # 61 SEND (OK və ya TALK)
|